Bank Of Baku

Ruhani: “Geniş potensial İran-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün misilsiz imkanlar yaradır”

Ruhani: “Geniş potensial İran-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün misilsiz imkanlar yaradır”
# 02 iyun 2017 15:41 (UTC +04:00)

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, onun məktubda deyilir:

 

“Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ölkələrimizin ikitərəfli geniş potensialları, eləcə də xalqlarımızın tarixi, dini və mədəni ortaqlıqları dövlətlərimizin qarşılıqlı mənafeyinə uyğun olaraq əməkdaşlıq münasibətlərimizin daha da genişləndirilməsi üçün misilsiz imkanlar yaradır. Bu dəyərli imkanları nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, ölkələrimizin münasibətlərinin dərinləşdirilməsi istiqamətində böyük addımlar atmaqla əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövcud ümidləri doğruldacağıq. Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR