Bank Of Baku

Səfir: “Azərbaycan və Rumıniya arasında mədəniyyət və təhsil sahəsində böyük potensial var”

Səfir: “Azərbaycan və Rumıniya arasında mədəniyyət və təhsil sahəsində böyük potensial var”
# 24 may 2017 18:02 (UTC +04:00)

Bakıda I Azərbaycan-Rumıniya Universitetlərarası Forumun açılışı ilə əlaqədar ziyafət təşkil edilib.

 

APA-nın xəbərinə görə, Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku qeyd edib ki, iki ölkə arasında mədəniyyət və təhsil sahəsində böyük potensial mövcuddur. Onun sözlərinə görə, forum çərçivəsində Azərbaycana Rumıniyanın aparıcı universitetlərinin təmsilçiləri və rektorları gəlib: "10 universitetin rektoru Bakıdadır. Görüşlər çox faydalı keçib. Forum hər iki ölkə arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsinə töhfəsini verəcək".

 

Sonra tədbir ziyafətlə davam etdirilib.

 

Qeyd edək ki, forum iki gün davam edəcək. Forumun növbəti günündə Rumıniya ali məktəblərinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət etmək və mövcud resurslarla əyanı tanış olmaq imkanı əldə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR