APA-nın Avropa bürosunun xəbərinə görə, S. Seyidov yeni həmməruzəçinin Azərbaycanla bağlı obyektiv mövqedə olmasını arzu etdiklərini söyləyib:
“Cənab Pedro Aqramuntun Azərbaycan üzrə həmməruzəçi kimi səlahiyyətləri başa çatdı. Monitorinq Komitəsi bu vəzifəyə cənab Aqustin Kondeni təyin etdi. Biz istəyərdik ki, yeni məruzəçi Azərbaycanla bağlı obyektiv mövqedə olsun. O, hələ yeni təyin edilib və hansısa addımların atılması təbii ki, Monitorinq Komitəsinin işidir. Aqustin Konde AŞPA-da fəaliyyət göstərir, elə bir yaxınlığımız yoxdur, kəskin mövqeyi ilə fərqlənir”.
A. Kondenin Azərbaycandakı vəziyyəti öyrənmək üçün yaxın gələcəkdə ölkəyə səfər etməsinin mümkünlüyünə toxunan S. Seyidov hələlik gündəlikdə belə bir məsələnin olmadığını deyib.
Səməd Seyidov: “Yeni həmməruzəçinin Azərbaycanla bağlı obyektiv mövqe tutmasını arzulayırıq”
25 iyun 2015 09:59 (UTC +04:00)
Xarici siyasət
Fransa səfiri Azərbaycan xalqını təbrik edib
11:23
28 may 2024
GUAM Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
10:33
28 may 2024
Polşa səfirliyi Azərbaycanın Müstəqillik Gününü təbrik edib
10:24
28 may 2024
Cahit Bağçı Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
10:18
28 may 2024