Bank Of Baku

Türkiyədə keçiriləcək referendumla bağlı Bakı, Naxçıvan və Gəncədə səsvermə məntəqələri açılacaq

Türkiyədə keçiriləcək referendumla bağlı Bakı, Naxçıvan və Gəncədə səsvermə məntəqələri açılacaq
# 27 mart 2017 09:43 (UTC +04:00)

Türkiyədə aprelin 16-da keçiriləcək referendumla bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 9-da səs verəcəklər.

 

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə səfirlikdə, Gəncə və Naxçıvandakı baş konsulluqlarda seçki məntəqəsi açılacaq. Məntəqələr saat 09:00-21:00 arası fəaliyyət göstərəcək.

 

Azərbaycanda 6 mindən çox Türkiyə vətəndaşı yaşayır. 

 

Xatırladaq ki, aprelin 16-da Türkiyədə keçiriləcək referendumda xalq Konstitusiya dəyişikliyi təkliflərinə münasibətini bildirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR