Bank Of Baku

XİN: 500-dən çox Azərbaycan vətəndaşı Rumıniyadan gətirilib, 800 nəfər Xarkovdan təxliyə olunub - VİDEO

XİN: 500-dən çox Azərbaycan vətəndaşı Rumıniyadan gətirilib, 800 nəfər Xarkovdan təxliyə olunub - VİDEO
# 02 mart 2022 12:03 (UTC +04:00)

“Ukraynada və onun ətrafında baş verən hadisələr ciddi narahatlıq doğurur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, Ukraynada olan azərbaycanlılarla bağlı sərhəd dövlətlərlə əlaqə yaradılıb.

Nazir müavininin sözlərinə görə, Rumıniyanın Yassı şəhərindən 3 çarter reysi ilə 500-dən çox Azərbaycan vətəndaşı ölkəyə gəlib: “800 vətəndaşımızın Xarkov şəhərindən daha təhlükəsiz bölgələrə təxliyəsi təşkil olunub. Vətəndaşlarımızdan viza, PCR test və “COVID-19” pasportu tələb olunmur”.

Elnur Məmmədov deyib ki, 2050 Azərbaycan vətəndaşı Ukraynadan digər qonşu ölkələrə keçib: “Onlar Moldovaya, daha sonra Rumıniyaya keçənlərdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR