Bank Of Baku

XİN rəhbəri: Azərbaycanın hər təşəbbüsünə Moldovadan dəstək görmüşük

Xarici işlər naziri Ceyhun Bayramov

© APA | Xarici işlər naziri Ceyhun Bayramov

# 06 mart 2026 13:19 (UTC +04:00)

Bakı və Kişinyov arasında birbaşa uçuşların başlanması insanlar arasında əlaqələrin təşviqində müsbət amil oldu.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün beynəlxalq platformalarda iki ölkə arasında olan əməkdaşlıq gündəliyi barədə də danışıblar: “Bir sıra təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq, bir-birimizin təşəbbüslərinə, namizədlərinə dəstək praktikası barədə danışdıq. Azərbaycan aktiv xarici siyasət həyata keçirir, təşəbbüslərimiz var. Bu təşəbbüslərin hər birində Moldovadan dəstək görmüşük”.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, insanların qayıdışı barədə həmkarını məlumatlandırıb: “Digər tərəfdən, Yaxın Şərqdə hərbi əməliyyatların başlanması bilavasitə Azərbaycana təsir edir. Bu barədə də son qiymətləndirmələrimizi bölüşdüm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR