Bank Of Baku

Xocalı soyqırımı qurbanlarının xatirəsi Strasburqda anılıb 

Xocalı soyqırımı qurbanlarının xatirəsi Strasburqda anılıb 
# 26 fevral 2022 00:33 (UTC +04:00)

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Strasburqda bir sıra tədbirlər keçirilir.

APA-nın xəbərinə görə, Strasburq Diyanət İşləri Türk İslam Birliyinin mərkəzi məscidində cümə xütbəsi zamanı Xocalı soyqırımı haqqında möminlərə məlumat verilib, qətlə yetirilmiş günahsız insanların xatirəsi yad edilib və onların ruhlarına dualar oxunub. Belə faciələrin təkrarlanmaması üçün bu qətliamın heç zaman unudulmamalı və ədalətin təmin edilməli olduğu, habelə Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qanlı hadisələrdən lazımı nəticələrin çıxarılmasının vacibliyi vurğulanıb.

Minə yaxın şəxsin iştirak etdiyi mərasimdə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının hazırladığı broşürlər paylanılıb və iştirakçılara ehsan verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR