Əsirlikdə olan 1200 Ukrayna hərbçisi azad edilib

Əsirlikdə olan 1200 Ukrayna hərbçisi azad edilib
# 08 sentyabr 2014 15:54 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Son dörd gün ərzində 1200 Ukrayna hərbçisi əsirlikdən xilas edilib. APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bildirib.

Donbass bölgəsinin Mariupol şəhərinə səfər edən Ukrayna prezidenti deyib ki, daha 863 hərbçi əsirlikdə qalıb və bu həftənin sonuna kimi onların da evlərinə qayıtması gözlənilir: “Kimin üçünsə vacib sayılmaya bilər, amma orada baş verənlərə görə ürəyi ağrıyanlar üçün bu, əsl qələbədir. Əsirlikdə qalan 863 nəfərin hər biri üçün ciddi təzyiqlər edirik ki, bu həftənin sonunda hamısı öz evlərində olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR