Əlcəzair prezidenti parlamentin aşağı palatasının ləğvi haqqında fərman imzalayıb

Əlcəzair prezidenti parlamentin aşağı palatasının ləğvi haqqında fərman imzalayıb
# 22 fevral 2021 07:12 (UTC +04:00)

Əlcəzair Prezidenti Abdelmajid Tebbun ölkə parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin buraxılması haqqında bir fərman imzalayıb.

APA “Algeria Press Service”ə istinadən xəbər verir ki, prezidenti çıxışında erkən parlament seçkilərinin keçiriləcəyini elan edib.

A.Tebun, həmçinin bildirib ki, bu addımı gənclərə qapı açmaq məqsədilə edib.

Qeyd edək ki, ölkə qanununa görə, parlament seçkiləri üç ay ərzində keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR