Braziliyada son sutkada 1202 nəfər koronavirusdan ölüb

Braziliyada son sutkada 1202 nəfər koronavirusdan ölüb
# 24 yanvar 2021 03:31 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 62 334 nəfərin koronavirus infeksiyasına yoluxması, 1202 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 816 254 nəfər yoluxub. Bu müddət ərzində 216 445 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 628 438 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR