Azərbaycan əhalisi martda əczaçılıq məhsullarına 77,7 mln. manat xərcləyib

Azərbaycan əhalisi martda əczaçılıq məhsullarına 77,7 mln. manat xərcləyib
# 14 aprel 2021 15:48 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 216,1 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 49,3% və ya 71,4 mln. manat artıb.

Cari ilin mart ayında satışların həcmi 77,7 mln. manat təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 11,5% və ya 8 mln. manat çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,6 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR