BDU-nun müəllimi əməliyyatdan sonra vəfat edib

BDU-nun müəllimi əməliyyatdan sonra vəfat edib
# 05 iyul 2020 16:01 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya Texnologiyaları Mərkəzinin mühəndisi Mustafayeva Zivayət Nurəddin qızı vəfat edib.

BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri Günel Orucəliyeva APA-ya açıqlamasında bildirib ki, Z.Mustafayevanın ölümünə səbəb ürək çatışmazlığı olub:

"Zivayət Mustafayeva ötən həftə açıq ürək əməliyyatı keçirib, dünən axşam isə evində vəfat edib".

Günel Orucəliyeva qeyd edib ki, 1952-ci il təvəllüdlü Z.Mustafayeva 1978-ci ildən Bakı Dövlət Universitetində çalışırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR