Azərbaycanda tanınmış baş redaktor vəfat edib

Azərbaycanda tanınmış baş redaktor vəfat edib
# 06 iyun 2011 06:57 (UTC +04:00)
APA-nın məlumatına görə, S. Osmanoğlu ürək tutmasından dünyasını dəyişib. Dünən o, Bakının Əhmədli kəndində dəfn olunub.

Süleyman Osmanoğlu 1952-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. “Azərbaycan gəncləri”, “Bakı” qəzetləri ilə əməkdaşlıq edib, Azərbaycan dövlət radiosunda, “Azadlıq”, “Ekspress”, “Günaydın” qəzetlərində çalışıb, “Müxalifət” və “Proqnoz” qəzetlərinin baş redaktoru olub.

Azərbaycan prezidentinin sərəncamı ilə 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR