Azərbaycan teatrının qaranquşları - FOTOSESSİYA

Azərbaycan teatrının qaranquşları - <span style="color: red;">FOTOSESSİYA
# 09 mart 2016 21:31 (UTC +04:00)

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934–cü ildə yaradılıb. Muzeyin yaradıcısı və ilk direktoru Ağakərim Şərifovdur.

Bu işdə ona Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Əziz Şərif və digərləri kömək ediblər. Muzey 1935–ci ildən C.Cabbarlının adını daşıyır.Muzeyin əsas fondunda 130.000–dən artıq eksponat qorunur.

Muzeydə üç fond – arxiv–memuar, eskiz–maket, foto–neqativ fondları, iki şöbə – fonoteka, ekspozisiya–kütləvi şöbələri, bir kitabxana və foto–laboratoriya fəaliyyət göstərir. Bundan əlavə fondda nadir kitablara da rast gəlinir. M. F. Axundzadənin 1853–cü ildə Tiflisdə nəşr olunmuş povest və komediyaları, 1923–cü ildə nəşr olunmuş “Azərbaycan türk teatrının müxtəsər tarixçəsi”, 1928–29–cu illərdə çapdan çıxmış rusca–türkcə lüğətlər bu nümunələrdəndir.

Muzeyin 7 zaldan ibarət ekspozisiyası teatr mədəniyyətimizi əks etdirən tarixi xronologiya üzrə qurulub.

Müəllif - Cavid Zeynallı

FOTO - Ramil Zeynalov © APA HOLDİNG

M. F. Axundzadənin doğum şəhadətnaməsi

Azərbaycanın ilk dramaturqlarından bir qrupu

“Leyli və Məcnun”, “Əsli və Kərəm” tamaşalarının afişası
M. F. Axundzadənin həyat yoldaşı Tubu xanım.
C. Cabbarlı, A. Tuqanov, İ. Hidayətzadə. 1932-ci il...
Ərəblinskinin Şah Qacar rolunu oynayarkən geyindiyi geyim. 1907-ci il.
Azərbaycanın ilk qadın dramaturqu Səkinə Axundzadə Tağıyevin qız məktəbində dərs zamanı. 1903-cü il.
“Sevil” tamaşasının səhnə tərtibatının maketi. 1928-ci il.

M. Fətəli Axundzadənin oğlu Rəşid bəy

Hüseyn Ərəblinskinin məzarı. Xalq artistləri M. Əliyev, H. Abbasov, Teatr Muzeyinin ilk direktoru Ağakərim Şərifov. 1919-cu il.

Gövhər Qazıyeva. (Göyərçin xanım). İlk Azərbaycanlı aktrisa
“Kəblə Xudu" və "Molla Cəbi” tamaşasının afişası
“Leyli və Məcnun”, “Ər və arvad” tamaşalarının afişası
Səməd Vurğunun xalq artisti Möhsün Sənaniyə hədiyyə etdiyi müştük. 1943-cü il
“Otello” tamaşasının dəvətnaməsi
Kəşkül. XIX əsr. Xalq artisti İsmayıl Hidayətzadənin şəxsi arxivindən
M. Sənaninin qrimi
Cahangir Zeynalovun səhnə fəaliyyətinin 25 illiyi münasibəti ilə proqram
“Pəri Cadu” – 1912-ci il. Sahibə xanım - Ələkbər Süheyli
Cəfər Cəfərov, Mirmehdi Seyidzadə, Nazim Hikmət, Mədinə Gülgün
Cəfər Cabbarlının doğulduğu evin maketi
“Afət” tamaşasının afişası. 1922-ci il
C. Cabbarlının həyat yoldaşı Sona xanım, qızı Gülarə, oğlu Aydın
Afişalar...
“Maral” tamaşasının proqramı
Tağıyev teatrının binası. 1917-1918-ci illər
“Lənkəran xanının vəziri” tamaşasının proqramı. 10 mart, 1873

Buxara Əmirinin Tiflisə gəlişi münasibəti ilə verilmiş “Bacı qardaş”, “Qırt-qırt” tamaşalarının proqramı. 5 sentyabr 1894.

“Yaşıl eynəkli adam” televiziya tamaşasında istifadə olunan stolüstü lampa
Yaşar Nurinin şəxsi əşyaları


Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR