Azərbaycan Neft və Kimya İnstitutunun məzunu Eduardu duş Santuş Anqola prezidentliyindən gedir

Azərbaycan Neft və Kimya İnstitutunun məzunu Eduardu duş Santuş Anqola prezidentliyindən gedir
# 03 dekabr 2016 06:35 (UTC +04:00)

1979-cu ildən Anqolaya rəhbərlik edən Joze Eduardu duş Santuş 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Anqolanın hakim partiyası olan Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatının (MPLA) açıqladığı sənəddə prezidentliyə namizədlərin siyahısında hazırkı dövlət başçısının adı yoxdur.

MPLA rəhbərliyi partiyanın prezidentliyə əsas namizədinin müdafiə naziri Joau Lourenko olduğunu bəyan edib.

Qeyd edək ki, 74 yaşlı Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya İnstitutunun məzunudur (1963-1969). O, tələbə vaxtı institutda Anqolanın azadlığı uğrunda dərnəyə rəhbərlik edib. Neft mühəndisi olan prezident heç vaxt öz ixtisası üzrə işləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR