MAR-da bir həftə ərzində 3-cü BMT sülhməramlısı öldürülüb

MAR-da bir həftə ərzində 3-cü BMT sülhməramlısı öldürülüb
# 06 yanvar 2017 20:11 (UTC +04:00)

Mərkəzi Afrika Respublikasında son bir həftə ərzində 3-cü BMT sülhməramlısı öldürülüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“Təxminən 50 silahlı Uam-Pende prefekturasının Koyi şəhərində xidməti vəzifəsini həyata keçirən sülhməramlılara hücum edib. İnsident nəticəsində Banqladeşdən olan sülhməramlı həyatını itirib”, deyə S.Düjarrik bildirib.

Qeyd edək ki, yanvarın 4-də MAR-ın Obo şəhəri yaxınlığında silahlılar BMT-nin avtomobil karvanına hücum edib. Hadisə nəticəsində 2 mərakeşli əsgər ölüb, daha 2-si yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR