Malidə hərbi düşərgədə partlayışda ölənlərin sayı 80 nəfərə yüksəlib - YENİLƏNİB

Malidə hərbi düşərgədə partlayışda ölənlərin sayı 80 nəfərə yüksəlib - <span style="color: red;">YENİLƏNİB
# 18 yanvar 2017 13:00 (UTC +04:00)

Malidə hərbi düşərgədə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Çinin “Sinxua” agentliyi yerli xəstəxanalara istinadən məlumat yayıb.

Hadisə ölkənin şimal-şərqindəki Qao şəhərində baş verib.

***

saat 15.34

Malidə hərbi düşərgədə törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şimal-şərqindəki Qao şəhərində baş verib.


Hərbi düşərgənin yaxınlığında park edilən avtomobildə quraşdırılmış partlayıcı qurğu işə salınıb. Düşərgədə hərbçilər və bir sıra silahlı qrupların üzvləri qalırmış. Onlar ölkənin şimalında hərbi münaqişənin tənzimlənməsinə dair razılaşmanın yerinə yetirilməsi işinə nəzarət edib.

Qeyd edək ki, Malidə böhran Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən sonra başlayıb. Həmin vaxt tuareq qəbiləsinə aid qaçqınlar Malinin şimalında məskunlaşaraq bu ərazilərdə Azavad dövləti yaradıldığını bəyan ediblər. Sonra tuareqlər ekstremistlər tərəfindən qovulub. 2013-cü ildə BMT qərarına əsasən ölkəyə çoxprofilli missiya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR