Nigeriyanın cənub-şərqində maşın karvanı atəşə tutulub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “Boko Haaram” terror qruplaşmasının hücumlarının qeydə alındığı və ölkədə ən təhlükəli magistral sayılan Mayduquri-Biu magistralında baş verib.
Maşın karvanının atəşə tutulması nəticəsində ən azı 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hücumun “Boko Haaram” terror qruplaşmasının silahlılarının biri tərəfindən həyata keçirildiyi ehtimal edilir.