Misir hökuməti giriş vizasının qiyməti ilə bağlı qərarını təxirə salıb

Misir hökuməti giriş vizasının qiyməti ilə bağlı qərarını təxirə salıb
# 26 fevral 2017 23:29 (UTC +04:00)

Misir hökuməti birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60 dollara qaldırılması ilə bağlı qərarını təxirə salıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Turizm nazirliynin açıqlamasında bildirilir.

Məlumata görə, yeni qaydalar martın 1-dən deyil, iyulun 1-dən qüvvəyə minəcək. Qərarın təxirə salınmasına səbəb ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin hökumətə müraciəti olub.

Bundan əvvəl Misir hökuməti martın 1-dən birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60, çoxdəfəlik vizasının isə 70 dollaradək qaldırılacağını bəyan etmişdi. Qeyd edək ki, 2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR