CAR-da miqrantlara məxsus ticarət obyektləri talan edilib

CAR-da miqrantlara məxsus ticarət obyektləri talan edilib
# 27 fevral 2017 18:44 (UTC +04:00)

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yüzə yaxın şəxs miqrantlara məxsus ticarət obyektlərini talan edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin səbəbi və talan edilən mağazaların sayı açıqlanmır.

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı, daha bir neçə nəfərin axtarışda olduğu bildirilir.

Fevralın 24-də CAR-ın Pretoriya şəhərində miqrantlara qarşı kütləvi aksiya keçirilib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, 150 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR