Xocalı Soyqırımının tanınmasına dair petisiya

Xocalı Soyqırımının tanınmasına dair petisiya
# 07 mart 2017 08:33 (UTC +04:00)

Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən başlayaraq petisiyaya başlamışdır. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanmışdır.

Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.

Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www. change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.

Qeyd edək ki, Rusiyanın Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır.

Azərbaycan vətəndaşlarını aşağıdakı linkə daxil olaraq petisiyanı dəstəkləməyə (imzalamağa) çağırırıq.

https://www.change.org/p/%D0%B3%D0%BE%D1%81%D1%83%D0%B4%D0%B0%D1%80%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%B0%D1%8F-%D0%B4%D1%83%D0%BC%D0%B0-%D1%84%D1%81-%D1%80%D1%84-%D0%BF%D1%80%D0%B8%D0%B7%D0%BD%D0%B0%D1%82%D1%8C-%D0%B3%D0%B5%D0%BD%D0%BE%D1%86%D0%B8%D0%B4-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%86%D0%B5%D0%B2-%D0%B2-%D1%85%D0%BE%D0%B4%D0%B6%D0%B0%D0%BB%D1%8B-25-26-%D1%84%D0%B5%D0%B2%D1%80%D0%B0%D0%BB%D1%8F-1992-%D0%B3%D0%BE%D0%B4%D0%B0

“Qafqaz Tarixi Mərkəzi” Təşkilatı

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR