Haitidə avtobus izdihama çırpılıb, 33 nəfər ölüb

Haitidə  avtobus izdihama çırpılıb, 33 nəfər ölüb
# 12 mart 2017 17:16 (UTC +04:00)

Haitidə yol qəzası nəticəsində 33 nəfər ölüb, 15-i xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında yerləşən Qonaiv şəhərində qeydə olunub.

İlkin məlumata əsasən, yüksək sürətlə hərəkət edən avtobus musiqi karnavalında izdihama çırpılıb. Şahidlərin verdiyi xəbərə görə, bundan qəzəblənən kütlə sürücünü öldürüb, maşınını isə yandırmaq istəyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR