Kolumbiyada külli miqdarda kokain müsadirə edilib

Kolumbiyada külli miqdarda kokain müsadirə edilib
# 14 mart 2017 01:33 (UTC +04:00)

Kolumbiya polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda kokain müsadirə edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, çəkisi 700 kilo olan narkotik vasitə Cənubi Koreyaya göndərilməli imiş.

Qanunsuz yük Buenaventura limanından Cənubi Koreyanın Pusan şəhərinə üzən gəmidə aşkarlanıb.

Əməliyyat zamanı saxlanılanların olub-olmadığı barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR