Valeh Ələsgərov: “AŞPA ilə münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır”

Valeh Ələsgərov: “AŞPA ilə münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır”
# 15 mart 2017 06:57 (UTC +04:00)

“Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərin inkişafında maraqlıdır. Ancaq bu, qarşılıqlı hörmətə əsaslanmalıdır”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib.

Avropa İttifaqının 2 milyon qaçqının probleminin həllində çətinliklərlə üzləşdiyini söyləyən V. Ələsgərov Azərbaycanın vaxtilə 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini və onların problemlərinin həlli istiqamətində ciddi işlər gördüyünü vurğulayıb: “Əgər dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli, ikili standartlardan uzaq mövqe tutsaydı, bu gün dünya belə problemlərlə üzləşməzdi. Bu gün dünya ciddi qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Komitəyə fəaliyyətində uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR