Elektrik enerjisi satışı ilə bağlı "Azərişığ"ın hesabındakı vəsaitin 65%-i "Azərenerji"nin hesabına köçürüləcək

Elektrik enerjisi satışı ilə bağlı "Azərişığ"ın hesabındakı vəsaitin 65%-i "Azərenerji"nin hesabına köçürüləcək
# 15 mart 2017 11:55 (UTC +04:00)

Nazirlər Kabineti “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu qayda elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən yanacağın və elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə qarşılıqlı hesablaşmaların aparılması və daxil olmuş vəsaitlərdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

Bu Qaydanın məqsədləri üçün elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, SOCAR, "Azərenerji" ASC və "Azərişıq" ASC başa düşülür. “Azərişıq” ASC ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır. “Azərişıq” ASC tərəfindən istehlakçılara, o cümlədən məişət abonentlərinə (əhaliyə) satılmış elektrik enerjisinə görə ödənilən vəsait xüsusi bank hesabına mədaxil edilir. “Azərişıq” ASC-nin müvəkkil bankdakı xüsusi bank hesab mədaxil edilmiş vəsaitin 65%-i mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində “Azərenerji” ASC-nin xüsusi bank hesabına, 15%-i isə “Azərişıq” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərişıq” ASC-yə məlumat verilir. “Azərişıq” ASC müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini özünün ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.

Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azərişıq” ASC tərəfindən “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək, bir nüsxəsi Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyaya təqdim edilir, “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği “Azərenerji” ASC-nin xüsusi bank hesabına (o cümlədən, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsi nəzərə alınmaqla aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin məbləği “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına) köçürülür. “Azərişıq” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə yönəldilir, qalan hissəsi isə xüsusi layihələrin icrası məqsədi ilə istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR