Meksikada neft terminalında partlayış baş verib, ölənlər var

Meksikada neft terminalında partlayış baş verib, ölənlər var
# 17 mart 2017 04:30 (UTC +04:00)

Meksikanın Salamanka şəhərində “Pemex” neft şirkətinin toplayıcı və paylaşdırıcı terminalında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış ötən gün baş verib. “Pemex” şirkəti bundan əvvəl 8 nəfərin xəsarət aldığını bildirmişdi.

İnsident nəticəsində yaralanan 4 fəhlənin vəziyyətinin ağır olduğu bildirir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR