Batumidə baş verən iğtişaşlarla əlaqədar daha 9 nəfər saxlanılıb

Batumidə baş verən iğtişaşlarla əlaqədar daha 9 nəfər saxlanılıb
# 19 mart 2017 22:36 (UTC +04:00)

Batumi şəhər məhkəməsi martın 12-ə keçən gecə baş verən iğtişaşlarla əlaqədar daha 9 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün iğtişaşlarla bağlı 6 nəfər həbs edilmişdi.

Saxlanılanlar kütləvi iğtişaşlar zamanı polis şöbəsinə hücumda, əsayiş keşikçilərinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunurlar.

Martın 11-də Batumidə yol polisi əməkdaşı yol hərəkəti qaydalarını pozduğuna görə sürücünü cərimələyib. İnsidentin şahidi olmuş yerli sakinlər sürücünü dəstəkləyərək polis əməkdaşlarına müqavimət göstəriblər. İnsidentdən sonra Acarıstan Daxili işlər Baş İdarəsinin binası qarşısında 1000-dək etirazçı toplaşaraq yol polisi rəisi Malxaz Batiaşvilinin istefaya göndərilməsini tələb ediblər. Etiraz aksiyası qarşıdurma ilə nəticələnib, insidentlə əlaqədar 40 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR