Misir hərbçiləri Sinay yarımadasında 18 silahlını məhv edib

Misir hərbçiləri Sinay yarımadasında 18 silahlını məhv edib
# 04 may 2017 01:18 (UTC +04:00)

Misir hərbçiləri Sinay yarımadasında 18 silahlını məhv edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.

Məlumata əsasən, Sinay yarımadasının şimalında həyata keçirilən əməliyyat zamanı 32 terrorçu və radikal dəstə üzvləri həbs edilib, xeyli sayda silah-sursat və 29 minalanmış motosiklet müsadirə edilib.

Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR