Estoniyanın baş naziri: "Məqsədimiz "Şərq tərəfdaşlığı"nı möhkəmləndirməkdir"

Estoniyanın baş naziri: "Məqsədimiz "Şərq tərəfdaşlığı"nı möhkəmləndirməkdir"
# 13 may 2017 11:46 (UTC +04:00)

"Estoniya Avropa Şurasına rəhbərlik edəcəyi dövrdə “Şərq tərəfdaşlığı” proqramını möhkəmləndirəcək".

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Estoniyanın baş naziri Yuri Ratas Tallində gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə keçirdiyi görüş zamanı deyib. O bildirib ki, "Şərq tərəfdaşığı" proqramı Estoniya üçün uzunmüddətli prioritetdir: "Estoniyanın Avropa İttifaqına sədrlik edəcəyi dövrdə bizim məqsədimiz "Şərq tərəfdaşlığı"nı möhkəmləndirmək olacaq. Bildiyiniz kimi, Estoniya iyul ayından başlayaraq quruma sədrlik edəcək və noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı"nın sammiti keçiriləcək”.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” Aİ-nin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsdür. Proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR