Ziyafət Əsgərov Mərkəzi və Şərqi Avropa parlament rəhbərlərinin sammitində iştirak edəcək

Ziyafət Əsgərov Mərkəzi və Şərqi Avropa parlament rəhbərlərinin sammitində iştirak edəcək
# 17 may 2017 15:36 (UTC +04:00)
Mayın 18-də Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlament rəhbərlərinin sammiti keçiriləcək.
MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisi sədrin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək.
Sammitdə regional təhlükəsizlik, Şimal-Cənub layihəsi çərçivəsində infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, xarici siyasətdə milli parlamentlərin rolu, Mərkəzi və Şərqi Avropanı unikal edən dəyərlər və digər mövzularda müzakirələr aparılacaq. Z. Əsgərov müzakirə olunacaq mövzularla bağlı çıxış edəcək, məsələlərə münasibət bildirəcək.
Sammit çərçivəsində bütün nümayəndə heyətləri rəhbərlərinin Polşa prezidenti ilə görüşləri də nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR