Nəcməddin Sadıqov NATO toplantısında iştirak edib

Nəcməddin Sadıqov NATO toplantısında iştirak edib
# 17 may 2017 16:44 (UTC +04:00)

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Brüsseldə yerləşən NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR