Zelenski Orbanı Sülh Sammitinə dəvət edib

Zelenski Orbanı Sülh Sammitinə dəvət edib
# 08 may 2024 18:48 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanı Sülh Sammitinə dəvət edib.

APA xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı "X" hesabında məlumat verib.

Prezident Zelenski bildirib ki, o, Baş nazir Orbanla uzun və hərtərəfli telefon söhbəti aparıb.

"Macarıstanın mövqeyi sülhün yaxınlaşması və ortaq regional təhlükəsizliyimiz baxımından bizim üçün vacibdir. Mən Ukraynanın Macarıstanla mehriban qonşuluq münasibətlərində, eləcə də ticarət, enerji və logistika sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğuladım. Biz ikitərəfli məsələlərin bütün spektrini qarşılıqlı faydalı şəkildə həll etmək üçün növbəti addımları razılaşdırdıq. Biz Ukraynanın Aİ-yə inteqrasiyasını da müzakirə etdik. Əminəm ki, Ukraynanın tezliklə Aİ-yə daxil olması hər iki dövlətə fayda verəcək", Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR