Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarıb - YENİLƏNİB

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarıb - YENİLƏNİB
# 08 may 2024 17:55 (UTC +04:00)

Böyük Britaniya Rusiyanın bu ölkədəki hərbi attaşesi, polkovnik Maksim Yeloviki ölkədən çıxarıb.

APA xəbər verir ki, bu barədə Britaniya müdafiə naziri Qrant Şaps "X" paylaşımında bildirib.

***

16:26

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Rusiyanın bu ölkədəki hərbi attaşesi, polkovnik Maksim Yelovikin ölkədən çıxarılacağını açıqlayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, qurumdan onun diplomatik statusunun ləğv olunacağı da bildirilib.

Qərarın səbəbləri barədə krallığın daxili işlər naziri Ceyms Kleverli danışıb.
O deyib ki, buna səbəb Rusiyanın bütövlükdə Avropadakı pozuculuq fəaliyyətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR