Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü olacaq

Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü olacaq
# 12 iyul 2017 09:34 (UTC +04:00)

İyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, görüşdə ikitərəfli və üçtərəfli məsələlər, eyni zamanda cari məsələlər müzakirə olunacaq.

E. Özoral onu da əlavə edib ki, iyulun 18-19-u tarixlərində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumlarının başçılarının da görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR