EBRD "Təmiz Şəhər"ə 39 mln. dollar ayıracaq

EBRD "Təmiz Şəhər"ə 39 mln. dollar ayıracaq
# 14 iyul 2017 14:43 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) "Təmiz Şəhər" ASC-yə 39 mln. dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, qeyd edilən vəsait Bakı şəhəri və Abşeron yarımadasında bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı layihəyə yönəldiləcək.


Layihənin ümumi dəyəri 40,3 mln. dollar təşkil edir. Layihə çərçivəsində iki ötürücü stansiyasının və çeşidləmə qurğusunun tikintisi nəzərdə tutulub.

EBRD-nin Direktorlar Şurası kreditin ayrılması ilə bağlı məsələyə noyabrın 1-də baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR