Sumqayıtda dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Sumqayıtda dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
# 13 avqust 2017 17:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri, Corat qəsəbəsində 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR