Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb

Səudiyyə Ərəbistanı Almaniyadakı  səfirini geri çağırıb
# 18 noyabr 2017 02:41 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı XİN-in yaydığı bəyanatda bildirilir.

Məlumata görə, buna səbəb Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin livanlı həmkarı ilə görüşündə Səudiyyə Ərəbistanı ilə bağlı səsləndirdiyi ifadələr olub.

Rəsmi Ər-Riyad görə, Almaniya XİN rəhbərinin yanlış informasiyaya əsaslanan bəyanatları bölgədə sülhə və sabitliyə xidmət etmir.

Eyni zamanda rəsmi Ər-Riyad Almaniyanın Səudiyyə Ərəbistanındakı səfirinə etiraz notası göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR