BP və tərəfdaşları Azərbaycan iqtisadiyyatına 69 mlrd. dollar investisiya yatırıb

BP və tərəfdaşları Azərbaycan iqtisadiyyatına 69 mlrd. dollar investisiya yatırıb
# 13 fevral 2018 10:00 (UTC +04:00)

"25 il ərzində bizim məxsus olduğumuz layihələr üzrə partnyorlarla birlikdə Azərbaycan iqtisadiyyatına 69 mlrd. dollardan artıq investisiya qoyulub".

"APA-Economics" xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda "BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

B.Aslanbəylinin sözlərinə görə, təkcə Azəri-Çıraq-Günəşli layihəsi üzrə 3,3 mlrd. barel neft hasil olunub.

"32 milyard kubmetr səmt qazı təmənnasız olaraq hökumətimizə təqdim edilib. "Şahdəniz" layihəsi üzrə 89 milyard kubmetr qaz hasil olunub və 176 milyon barel kondensat nefti dövlətə təhvil verilib", - deyə B.Aslanbəyli əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR