Nigeriyada "Boko Haram"ın hücumu nəticəsində 15 nəfər ölüb

Nigeriyada "Boko Haram"ın hücumu nəticəsində 15 nəfər ölüb
# 03 aprel 2018 00:09 (UTC +04:00)

Nigeriyanın şimal-şərqində "Boko Haram" qruplaşması silahlılarının hücumu nəticəsində azı 15 nəfər ölüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Borno ştatının inzibati mərkəzi Mayduquri şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, terrorçular və Nigeriya hərbçiləri arasında baş verən qarşıdurma zamanı qadın və uşaqlar daxil olmaqla, çox sayda dinc sakin yaralanıb.

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR