Fransa Kubokunun finalçıları müəyyənləşib

Fransa Kubokunun finalçıları müəyyənləşib
# 19 aprel 2018 04:55 (UTC +04:00)

Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

APA-nın məlumatına görə, “PSJ” klubu “Kan”ı 3:1 hesab ilə məğlub edərək həlledici matça vəsiqə qazanıb. Qaliblərin heyətində Kilian Mbappe dubla imza atıb.

Qeyd edək ki, bundan əvvəl Fransa çempionatının üçüncü divizionunda çıxış edən “Le Erbye” klubu gözlənilmədən turnirin finalına yüksəlib.

Fransa Kuboku uğrunda final matçı mayın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR