Gürcüstanda dini hissləri təhqir edənlər cəzalandırıla bilər

Gürcüstanda dini hissləri təhqir edənlər cəzalandırıla bilər
# 24 aprel 2018 10:51 (UTC +04:00)

Gürcüstanda dini hissləri təhqir edənlər cinayət məsuliyyətinə cəlb oluna bilər.

APA-nın yerli bürosunun məlumatına görə, müfaviq qanun layihəsi Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin iclasında müzakirə olunur. Layihəyə əsasən, dini hissləri təhqir etmiş şəxslərə qarşı 1 ilə qədər həbs cəzası və ya cərimə tətbiq oluna bilər.


Qeyd edək ki, 2016-cı ildə Gürcüstan parlamentində dini hisslərin təhqirinə qarşı cərimələrin tətbiq olunması ilə bağlı müzakirələr aparılıb. Lakin sonradan qanuna əlavələrə baxılması dayandırılıb.


Gürcüstan əhalisinin 10,74%-i islam dininə etiqad edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR