Bayram Səfərov: "Ermənistan öz başının hayındadır"

Bayram Səfərov: "Ermənistan öz başının hayındadır"
# 08 may 2018 08:55 (UTC +04:00)

"Ermənistan bu dəqiqə elə vəziyyətdədir ki, heç nəyə təsir edə bilməz".

APA-nın xəbərinə görə, bunu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın daxilində gedən proseslərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə təsiri ilə bağlı suala cavabında deyib.

B. Səfərov bildirib ki, Ermənistan öz başının hayındadır.

"Ermənistan hələ öz başına bir çarə tapsın, ölkə daxilində sabitlik yaratsın, sonra nəyəsə təsir edər. 26 ildir, erməni xalqının başına müsibətlər gətirilir, ac-yalavac yaşayırlar. Dünyanın inkişaf etdiyi XXI əsrdə daxili şəraitinə diqqət ayırsınlar, sonra Qarabağ haqqında iddialar olsun. Ermənistanın Qarabağla bağlı heç bir iddiası ola bilməz. Bütün dünya ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir", - deyə B. Səfərov əlavə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR