Siyəzəndə minik avtomobili KamAZ-la toqquşub, ölən və xəsarət alan var

Siyəzəndə minik avtomobili KamAZ-la toqquşub, ölən və xəsarət alan var
# 14 may 2018 17:37 (UTC +04:00)

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba avtomobil yolunun 113-cü kilometrliyində 10 UP 723 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili ilə 50 BH 360 dövlət qeydiyyat nişanlı KamAZ markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilində olan bir nəfər ölüb, digəri isə xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR