Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 05 may 2024 01:39 (UTC +04:00)

Bakının Xətai rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.

Kəsişmədə "BMW" və “Khazar” markalı minik avtomobilləri toqquşub.

Avtomobillərə ziyan dəyib. Hadisədə bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR