Bakının Sabunçu rayonunda ikimərtəbəli ev yanıb

Bakının Sabunçu rayonunda ikimərtəbəli ev yanıb
# 15 may 2018 01:00 (UTC +04:00)

Bakının Sabunçu rayonunda ev yanıb.

APA-nın xəbərinə görə, hadisə Maştağa qəsəbəsi, Savalan yaşayış massivindəki fərdi yaşayış evlərinin birində baş verib.

Bildirilir ki, yanğın baş verən zaman evdə heç kim olmayıb. Ona görə də yanğının elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı ehtimal edilir. Qarajdan başlayan yanğın sonradan evin ikinci mərtəbəsini və damını bürüyüb. Bunu görən qonşular Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüb və alovun genişlənməsinə imkan verməyib.

Bununla belə, hadisə nəticəsində ümumi sahəsi 192 kv/m olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 96 kv/m sahədə içərisindəki əşyalarla birlikdə yanaraq kül olub.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR