Prokuror Əfqanıstan Veteranları İctimai Birliyinin sədrinə cəza istəyib

Prokuror Əfqanıstan Veteranları İctimai Birliyinin sədrinə cəza istəyib
# 16 may 2018 10:03 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və müavini Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Məhəmməd Vəliyev və Cavan Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilməsini istəyib.

Proses mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Veteranlar bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Bundan sonra sədr və sədr müavininə Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq), 311(rüşvət alma) və 308(vəzifə səlahiyyətləri aşma) maddələri ilə ittiham irəli sürülüb.

Hər iki şəxs barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, birliyinin sədri Məhəmməd Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə «За боевые заслуги», “Tərəqqi” medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR