Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
# 04 iyun 2018 13:35 (UTC +04:00)

İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, indiyədək Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" adlı layihəsi çərçivəsində Qara Qarayevin 100 illiyinə, xalq artistləri Həqiqət Rzayeva və Şövkət Ələkbərovanın həyat və yaradıcılığına həsr olunmuş tədbirlər keçirilib.

Tədbiri xalq artisti Möhlət Müslümovun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Gecənin aparıcıları xalq artisti, Mələkxanım Əyyubova və əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Mərasimdə əməkdar artistlər Zakir Əliyev və Ehtiram Hüseynov, ifaçılar Mirələm Mirələmov, Almaxanım Əhmədli, Rəvan Əlvanoğlu, Vüsal İsrafilov iştirak edəcəklər.

Qeyd edək ki, APA, Lent.azAPA TV gecənin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR