MAR-da BMT sülhməramlılarına hücum olub, ölən və yaralananlar var

MAR-da BMT sülhməramlılarına hücum olub, ölən və yaralananlar var
# 04 iyun 2018 23:27 (UTC +04:00)

Mərkəzi Afrika Respublikasında (MAR) naməlum silahlılar BMT sülhməramlılarına hücum ediblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, insident Dilapoko yaşayış məntəqəsində qeydə alınıb. Hərbçilərin pusquya düşdüyü bildirilir. Hücum nəticəsində tanzaniyalı hərbçi həyatını itirib, daha 7 sülhməramlı yaralanıb. Onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR