Tunis sahillərində qayığın batması nəticəsində ölənlərin sayı 58-ə çatıb

Tunis sahillərində qayığın batması nəticəsində ölənlərin sayı 58-ə çatıb
# 05 iyun 2018 01:21 (UTC +04:00)

Tunis sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 58-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tunis Daxili işlər nazirliyi məlumat yayıb.

Ölənlərin 31-i Tunis, 22-si digər ölkələrin vətəndaşlarıdır, 5 nəfərin şəxsiyyətini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.

Nazirliyin məlumatına əsasən, 68 nəfər Milli Qvardiya və Hərbi-Dəniz Qüvvələrinin bölmələri tərəfindən xilas edilib.

Qeyd edək ki, miqrantları daşıyan qayıq iyunun 2-də Aralıq dənizində batıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR