Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirlməsi ilə bağlı danışıqlar aparılır

Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirlməsi ilə bağlı danışıqlar aparılır
# 09 iyun 2018 10:38 (UTC +04:00)

"Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər əməkdaşlıq sazişləri əsasında qurulub".


APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində deyib.

O qeyd edib ki, Azərbaycan hökuməti və Avropa İttifaqı rəhbərliyi əməkdaşlığın genişləndirlməsi ilə bağlı danışıqlar aparır: "Ümidvarıq ki, bu danışıqlar bu ilin sonu və ya gələn il yekunlaşar və biz Aİ ilə əməkdaşlığı gücləndirə bilərik".

C.Feyziyev əlavə edib ki, Azərbaycan dəyərlərin mübadiləsində maraqlıdır və ölkə qanunvericiliyi Avropa tələblərinə uyğunlaşdırlıb: " Düşünürük ki, Aİ ən müasirsiyasi strukturdur. Avropa insanlarının birləşmə istəyini tam dəstəkləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR